Bakı 3˚C Cloudy

Paşinyan Bakıya “bağlı məktublar” göndərib - Vanetsyan

Siyasət 15:51 09 okt, 2021

Paşinyan Bakıya “bağlı məktublar” göndərib

Paşinyan Bakıya “bağlı məktublar” göndərib - Vanetsyan

Paşinyan mənim vasitəmlə Bakıya, Əliyevə bağlı məktublar göndərib.

Qazet.az xəbər verir ki, bunu Ermənistanın parlamentinin deputatı, Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri Artur Vanetsyan deyib.

O, sərhəd insidentlərinin həlli üçün operativ əlaqənin önəmli olduğunu və xidmət rəhbəri olan zaman bu əlaqəni azərbaycanlı həmkarı ilə təmin etdiyini bildirib.

Vanetsyan azərbaycanlı həmkarı ilə bu əlaqəni telefonla təmin etdiyini, müvafiq situasiyalarda bir neçə dəfə Dubay və bir sıra digər şəhərlədə görüşdüyünü söyləyib. Onun sözlərinə görə, danışıqların əsas mövzusu sərhəddəki situasiya olub ki, bunlar da sonradan tam həcmdə baş nazir, Təhlükəsizlik Şurası üzvlərinə məruzə edilib.(axar.az)