Paşinyan Brüsselə yola düşdü
Gündəm
12:41 14 dek, 2021
Paşinyan bu gün Brüsseldə Azərbycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə üçtərəfli görüşdə iştirak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsselə yola düşüb.
Qazet.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Paşinyanın Brüsselə səfəri iki gün davam edəcək.
Paşinyan bu gün Brüsseldə Azərbycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə üçtərəfli görüşdə iştirak edəcək.
Bununla yanaşı, o, “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək və Şarl Mişellə ikitərəfli görüş keçirəcək.