Bakı 6˚C Sunny

Paşinyan bu sammitdə iştirak edəcək

Siyasət 13:22 09 sen, 2022
Paşinyan bu sammitdə iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edəcək.

Qazet.az erməni mətbuatına istinadən xəbər verir ki, 15-16 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək növbəti sammitə Nikol Paşinyan da qatılacaq.

Qeyd olunub ki, ŞƏT-in sammitində 15 ölkənin rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Çin, Hindistan, İran, Pakistan və digər dövlətlərin liderləri də iştirak edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qonaq qismində tədbirə qatılacaq.