Paşinyan daha bir nəfəri vəzifədən göndərdi
Gündəm
21:09 09 dek, 2021
Onun yerinə ətraf mühit naziri Romanos Petrosyanın təyin ediləcəyi iddia olunur.

Ermənistan Dövlət Nəzarəti Xidmətinin başçısı Tiqran Ulixanyan vəzifəsindən azad edilib.
Qazet.az xəbər verir ki, bu barədə qərar Baş nazir Nikol Paşinyan tərəfindən verilib.
Onun yerinə ətraf mühit naziri Romanos Petrosyanın təyin ediləcəyi iddia olunur.
Qeyd edək ki, Ulixanyan bu vəzifəni 2021-ci il yanvarın 15-dən tuturdu. Bundan əvvəl o, Korrupsiyaya Qarşı Mübarizə Şurasının nümayəndəsi olub. 2015-ci ildən Ulixanyan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvüdür.