Bakı 17˚C Mostly sunny

Paşinyan deputata hirsləndi: Sən Bakıya işləyirsən!

Gündəm 12:05 09 dek, 2021

Paşinyan bunu “Ermənistan” blokunu təmsil edən deputat Artur Kazinyanın sualını cavablandırarkən deyib

Paşinyan deputata hirsləndi: <span style="color:red">Sən Bakıya işləyirsən!</span>

Bilmək istərdim ki, Azərbaycan terminologiyasından istifadə edəndə siz kimsiniz və bu zalda kimi təmsil edirsiniz? Siz bu sualınızla əslində Azərbaycanın mövqeyini təqdim etdiniz və mən bunu deməkdən çəkinmirəm. Mənə hər şey aydındır.

Qazet.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan “Ermənistan” blokunu təmsil edən deputat Artur Kazinyanın “danışıqlar nəticə verməsə və müharibə təhlükəsi yaransa, yeni müharibəyə imkan verməmək üçün istefaya hazır olub-olmadığı” barədə sualını cavablandırarkən deyib.

“Mən həmişə bilirdim ki, Ermənistanda təsir şəbəkələri var və indi biz hamımız bu şəbəkələrin fəaliyyətinin efirdə təzahürünün şahidi oluruq.

Siz Azərbaycan hekayəsinin Ermənistanda paylayıcısısınız və mən istərdim ki, biz bütün bunları qeyd edək. Düzünü desəm, təəccüblənmirəm. Əvvəldən bilirdim ki, sizin siyasi qüvvənizin missiyası xarici siyasi hekayə hazırlamaqdır. Sizə məsləhət görərdim ki, məhkəməyə müraciət edəsiniz, bizim də bunu sübut etmək imkanımız olsun” deyə Paşinyan qeyd edib.