Paşinyan: "Ermənistanın ilk kosmik peykinin orbitə buraxıb"
Gündəm
14:15 26 may, 2022
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib

Ermənistan Respublikasının ilk kosmik peyki Yer planetinin orbitinə buraxılıb.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ( Bakı vaxtı ilə eyni - red ) ABŞ-ın Kanar adalarındakı kosmik stansiyadan "Space X" kosmik gəmisi ilə Ermənistanın ilk kosmik peyki Yer orbitinə buraxılıb", - Paşinyan qeyd edib.