Paşinyan Fidanyanı İstanbula göndərdi
Gündəm
12:06 02 noy, 2021
Fidanyan Türkiyə paytaxtında 21-26 noyabr tarixlərində səfərdə olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.
Qazet.az xəbər verir ki, A.Fidanyan Türkiyə paytaxtında 21-26 noyabr tarixlərində səfərdə olacaq.
O, İnterpol Baş Assambleyasının 89-cu sessiyasında iştirak edəcək.