Paşinyan İranla Ermənistanın qardaşlığından danışdı - "Onların bizə etdiyi yaxşılıqlar..."
Gündəm
00:17 04 okt, 2021
Ermənistan 90-cı illərin əvvəlində İranın etdiyi yaxşılıqları unutmayıb.

Ermənistan heç vaxt İrana qarşı bir planın içində olmayıb, olmayacaq da.
Qazet.az xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Ermənistan 90-cı illərin əvvəlində İranın etdiyi yaxşılıqları unutmayıb. Həmin illərdə İran Ermənistan üçün həyata bağlanan bir işıqlı yol idi. Əlaqələrimiz o qədər möhkəmdir ki, biz heç vaxt İrana qarşı çıxmarıq- deyə baş nazir bildirib.
armenpress