Paşinyan istintaqda DİNDİRİLDİ
Gündəm
15:05 18 noy, 2022
Ermənistanın baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid qismində dindirilib.
Qazet.az "Azadlıq radiosu"a istinadən xəbər verir ki, bu barədə komitədən bildirilib. Məlumata görə, 2022-ci il mayın 4-də Ermənistanın bir qrup yüksək rütbəli məmurunun 44 günlük İkinci Qarabağ müharibəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başlayıb.
İdarənin rəhbəri Rafael Vardanyanın qeyd edib ki, həlak olan hərbçilərin yaxınları N.Paşinyanın dindirilməsini və istintaqa cəlb olunmasını tələb ediblər.