Paşinyan keçmiş səfiri özünə müşavir təyin etdi
Gündəm
23:12 24 noy, 2021
Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Nikol Paşinyanın müşaviri təyin edilib.
Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Nikol Paşinyanın müşaviri təyin edilib.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Qərarı Ermənistan hökumətinin rəhbəri imzalayıb.
Əlavə edək ki, cari ilin oktyabrında Ermənistan Prezidenti Armen Sərkisyan İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.