Bakı 2˚C Showers

Paşinyan: "Lakin gördüyünüz kimi daxili "vətənpərvərlər” sakitləşmirlər. Çünki..."

Gündəm 18:40 14 dek, 2021

"Çünki hər şey müxalif qüvvələrə yüksək “vətənpərvərlik” şousu ilə ötürülür”

<span style="color:red">Paşinyan</span>: "Lakin gördüyünüz kimi daxili "vətənpərvərlər” sakitləşmirlər. Çünki..."

Daxili "vətənpərvərlər” sakitləşmir, çünki onların xarici tərəfdaşlarının missiyası bitməyib".
Qazet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində paylaşıb. Paşinyan özünə qarşı ittihamların hələ 2018-ci ildən dövriyyəyə buraxıldığını qeyd edib:
"Bəziləri tərəfindən dilə gətirilən "satqın hökumət” ritorikası çox yaxşı düşünülmüş və uzun illər hazırlanmış hibrid müharibənin epizodudur. 2018-ci ildə baş nazir kimi "Dağlıq Qarabağ” münaqişəsinin həlli ilə bağlı danışıqlar sənədlərini çatdırıb oxuya bilməmişdim belə, eyni qüvvələr ortalıqda gəzə-gəzə qulaqlara pıçıldayırdılar ki, yeni hökumətimiz torpaqları təhvil verəcək. Həmin yersiz fikirlər yavaş-yavaş, addım-addım, qulaqdan-qulağa dolaşırdı. Məqsəd o idi ki, əgər silahla Qarabağ və Ermənistanın maraqlarını müdafiə etmək vaxtı gəldikdə, müharibə və mübarizənin mənasız olması fikri inandırıcı səslənsin. Hər şey yuxarıda şərtləndirilib və "torpaqlar təhvil verilmişdir” tezislər vasitəsilə ölkənin müqavimətini, həmçinin əsgərin motivasiyası və iradəsi qırılsın, mümkün müharibədən əvvəl ölkənin danışıqlar masası arxasında mövqeyi zəifləsin.
Bu cür kombinasiyalar, təbii ki, xarici və daxili qüvvələr arasında sıx əməkdaşlıq şəraitində qurulur və daxildə belə çıxışlar təşkil edənlər çox vaxt nədə iştirak etdiklərini belə təxmin etmirlər. Çünki hər şey müxalif qüvvələrə yüksək "vətənpərvərlik” şousu ilə ötürülür. Lakin yuxarıdakı dar elita ola bilməz ki, öz missiyasının xarici qüvvələrlə qarşılıqlı faydalı əməkdaşlıqlar əsasında qurulmasını bilməsin.
2020-2021-ci illərdə birinci hissə alındı amma ikinci hissə alınmadı. Lakin gördüyünüz kimi, daxili "vətənpərvərlər” sakitləşmirlər. Çünki xarici partnyorları missiyanı bitmiş hesab etmirlər.
Burada hökuməti və dövlət qurumlarını tənqid etmək yerinə düşər. Bəs niyə qarşısını almırsınız? Təbii ki, onlarla amil var ki, onların da əsası dövlət institutlarının inkişaf səviyyəsidir (dərəcəsi).
Ona görə də hesab edirəm ki, bizim əsas çatışmayan məsələmiz dövlətçiliyin və dövlət institutlarının inkişaf səviyyəsinin aşağı olmasıdır və bizim görüləcək əsas məsələ gələcəyimiz üçün yeganə təminat olan dövlətçiliyin və dövlət institutlarının inkişafıdır”.