Paşinyan Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib
Gündəm
12:51 04 okt, 2021
Paşinyan mina xəritələrini verəcəm deyir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirdi.
Qazet.az-ın məlumatına görə, Ermənistanın baş naziri Litvada yaşayan erməni icması ilə görüşü zamanı Azərbaycanın azad edilmiş ərazilərində yerləşdirilmiş minaların xəritələrini gətirməyə də hazır olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 2-də İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində Prezident İlham Əliyev Paşinyanla o, hazır olanda istənilən zaman danışıqlar aparmağa hazır olduğunu ifadə edib.