Bakı 20˚C Sunny

Paşinyan: "Qarabağ üçün heç bir şans buraxmadınız"

Gündəm 15:00 09 dek, 2021

Erməni baş nazir deputatlara Qarabağla bağlı keçmiş danışıqların sənədlərini göstərməyə hazır olduğunu bildirib.

<span style="color:red">Paşinyan:</span> "Qarabağ üçün heç bir şans buraxmadınız"

“Müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır”.

Qazet.az  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında səsləndirib. 

“Qarabağ üçün heç bir şans buraxmadınız. Siz indiyə qədər müharibənin qarşısını necə alacağınız barədə bir kəlmə də danışmamısınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə etdiniz ki, müharibə olmasın. Niyə etmirsiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır. Bunu bütün məsuliyyətimlə bəyan edirəm. Əvvəlki hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalmasına nəzəri imkan belə qoymadı” deyə Paşinyan bildirib.

“Sizin müdafiə naziriniz Seyran Ohanyan deyib ki, cəbhə xəttində boş konserv qutuları asmaq lazımdır ki, Azərbaycan əsgərləri yaxınlaşanda eşidə bilək” – baş nazir deyib.