Paşinyan Soçiyə yola düşdü
Siyasət
13:22 26 noy, 2021
Paşinyan Soçidə üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərinə yola düşüb.
Qazet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Soçidə üçtərəfli görüşdə iştirak edəcək.
Qeyd edək ki, bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Görüş zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər. Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.