Bakı 7˚C Hazy sunshine

Paşinyan "Twitter" hesabında İlham Əliyevi etiketlədi - FOTO

Siyasət 14:46 15 dek, 2021

Nikol Paşinyan öz "Twitter" hesabında Brüsseldə keçirilən görüşdə dəmir yolunun yenidən açılmasına dair razılaşmalar barədə yazıb

Paşinyan "Twitter" hesabında İlham Əliyevi etiketlədi <span style="color:red">- FOTO</span>

Ermənistanın baş naziri Nikol Paşinyan öz "Twitter" hesabında Brüsseldə keçirilən görüşdə dəmir yolunun yenidən açılmasına dair razılaşmalar barədə yazıb.

Qazet.az xəbər verir ki,  Paşinyan öz postunda Prezident İlham  Əliyevi və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli etiketləyib. 

“Üçtərəfli görüş zamanı hökumətlərarası qəbul edilmiş sərhəd-gömrük qaydalarına əsaslanaraq qarşılıqlı əsasda ölkələrin suverenliyi altında dəmir yolunun yenidən işə salınması barədə razılığı təsdiqlədik. Ermənistan Rusiya və İrana dəmir yolu çıxışı əldə edəcək” - deyə Nikol Paşinyan üç ölkənin adının əvəzinə bayraqları qeyd edib.