Bakı 21˚C Sunny

Paşinyan və Blinken Ermənistan - Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdilər

Gündəm 19:07 10 okt, 2022
Paşinyan və Blinken Ermənistan - Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdilər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasının vacibliyini vurğulayıblar.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin demarkasiyası və Aİ-nin mülki missiyasının bu sahədə fəaliyyətinin təmin edilməsi üzrə işlərin aparılmasının vacibliyini qeyd olunub”, - məlumatda bildirilib.