Bakı 18˚C Showers

Paşinyandan sonra Ermənistanın XİN başçısı da İrana gedir

Siyasət 12:02 04 okt, 2021

Ararat Mirzoyan İrana səfər edəcək

Paşinyandan sonra Ermənistanın XİN başçısı da İrana gedir

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana işgüzar səfər edəcək.

Qazet.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazrilyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Onun sözlərinə görə, A.Mirzoyan səfər çərçivəsində İranın xarici işlər naziri Hüseynəmir Abdullahianla görüşəcək.

Qeyd edək ki, Mirzoyanın səfərindən əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İranda səfər etmişdi.

Mənbə