"Paşinyanın dünənki mətbuat konfransı uğursuz idi"
Gündəm
11:25 11 yan, 2023
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən, yanvarın 10-da keçirdiyi mətbuat konfransı uğursuz olub.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri yazıb.
Bildirilib ki, Paşinyan suallara ciddi hazırlaşıb və özünü itirməməyə çalışıb: “O, bununla belə, bir sıra ciddi nöqsanlara yol verib. Ancaq bəyənmədiyi suallara, sadəcə, “bilmirəm” deməklə cavab verib. Məsələn, məlum olub ki, hökumət başçısı tərəfdaşlarının korrupsiya bataqlığında olduğundan xəbərsiz idi”.
Qəzet həmçinin qeyd edib ki, xüsusilə hüquq-mühafizə orqanlarının nümayəndələri Paşinyann dünənki çıxışını diqqətlə izləyib, onun fikirlərini dəqiq başa düşməyə çalışıblar.