Paşinyanın mühafizəçilərindən birinin həyətinə qumbara atılıb
Gündəm
17:20 15 noy, 2021
Hadisə noyabr ayının 13-də baş verib
Noyabrın 13-ü gecə saat 02:00 radələrində Ermənistanın Kotayk vilayətinin Kotayk kəndində hadisə baş evrib.
Qazet.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat paylaşıb.
Məlumata görə, Naməlum şəxs sakinlərdən birinin evinə qumbara atıb və hadisə nəticəsində zərərçəkən olmayıb.
Ev sahibinin 2 oğlu olduğu, onlardan birinin “Vesta” elektronika mağazasında işlədiyi, digərinin Ermənistanın Baş naziri Nikol Paşinyanın mühafizəçilərindən biri olduğu qeyd olunur.
Bildirilib ki, partlayış nəticəsində evin pəncərələrinə ziyan dəyib, istintaq aparılır.