Paşinyanın mühafizəçisinin evinə QUMBARA ATILDI
Gündəm
18:33 13 noy, 2021
Hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb
Bu gecə Ermənistanın Kotayk rayonunda bir evə qumbara atılıb.
Qazet.az “news.am”a istinadla xəbər verir ki, ev sahibinin oğullarından biri Baş nazir Nikol Paşinyanın mühafizəçilərindəndir.
Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.