"Paşinyan kresloda qalmaq üçün Pakistanla da əməkdaşlıq edər" - Koçaryan
Siyasət
16:40 04 okt, 2021
Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan brifinqdə bildirib
“Ermənistan hakimiyyəti hətta Pakistanla əməkdaşlıq etməyə hazırdır - əgər bu hakimiyyətdə qalmağa onlara kömək edəcəksə".
Qazet.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan brifinqdə bildirib.
"Onlar öz güclərini qorumaq üçün hər şeyi edəcəklər. Bu gün Rusiya ilə olmaq sərfəlidirsə, Rusiya ilə olacaqlar. Sabah Türkiyənin yanında olmaq faydalı olacaq - Türkiyənin yanında olacaqlar. Hətta Pakistanla bir yerdə olmaq sərf edərsə, o zaman Pakistana yanaşacaqlar. Mürəkkəb nümunələr axtarmayın. Hər şey çox sadədir. Prinsip kresloda qalmaqdır " deyə Koçaryan bildirib.
-