Bakı 18˚C Mostly sunny

Patriarx Kirill: "Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir"

Gündəm 00:14 13 okt, 2021

Patriarx Azərbaycanda pravoslav kilsəsinə başçılıq edən şəxslərin ənənəni davam etdirəcəklərinə ümidvar olduğunu bildirib: “Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir”

Patriarx Kirill: "Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir"

“Söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxanda insanların niyə bir-birinə etibar edə bilmədiyini anlaya bilmirik. Onların etibar edə bilməməsinin səbəbi siyasi maraqlara toxunması ilə bağlıdır”.

Qazet.az xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dini liderlər ümumi mənafe naminə və hər hansı mənfi fəsadlar olmadan gündəlikdə olan ən mürəkkəb məsələləri belə müzakirə edirlər: “30 ildən çox mövcud olan tanışlığımız dövründə elə bir mövzu olmayıb ki, bizi bir-birindən ayırsın və ya hər hansı gərginlik yaratsın. Biz hər zaman müzakirə etdiyimiz bütün məsələlərin həllini tapmışıq və tapmaqda davam edirik”. 

Patriarx Azərbaycanda pravoslav kilsəsinə başçılıq edən şəxslərin ənənəni davam etdirəcəklərinə ümidvar olduğunu bildirib: “Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir”.