Patruşev Rusiyanın Ukraynaya hücumunda Amerikanı ittiham etdi
"Rusiya Ukrayna ilə döyüşmür"
"Moskva Ukrayna ilə döyüşmür, çünki bizim sadə ukraynalılara qarşı nifrətimiz ola bilməz..."
"ABŞ Rusiyanı Ukraynaya qarşı müharibəyə təhrik edib ki, vahid xalq arasında nifaq salsın..."
"Ukrayna vətəndaşları Qərbin əlilə Rusiyaya qarşı döyüşdüklərini nə qədər tez anlasalar, bir o qədər insan həyatı xilas olar..."
"Xüsusi hərbi əməliyyat"ın məqsədi Ukraynanın denasifikasiya edilməsi və Rusiya regionlarının azad edilməsidir..."
Rusiyanın Ukraynaya 2022-ci il fevralın 24-də hərbi müdaxiləsinə və bundan sonra on bir aydır davam edən müharibəyə ABŞ təhrik edib ki, vahid xalqı savaşa sövq etsin.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumentı i faktı" nəşrinə müsahibəsində deyib.
"Ukrayna ilə bağlı olanlar Vaşinqton tərəfindən ona görə törədilib ki, vahid xalqı qarşı-qarşıya qoyub onları bir-birindən ayırsın", - o, deyib.
"Qərb öz ambisiyalarına uyğun olaraq praktiki olaraq Ukrayna xalqını məhv edir, fəal nəslini döyüş meydanında həlak edir, yerdə qalan əhalini yoxsulluq həddinə çatdırır", - Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Moskva Ukrayna ilə döyüşmür, "çünki bizim sadə ukraynalılara qarşı nifrətimiz ola bilməz".
Onun sözlərinə görə, Rusiyada köklü Ukrayna əhalisi var, onlar vaxtilə Uşaq Şərqdə və ölkənin cənubunda məskunlaşıb.
"Sakinlərin xeyli hissəsi Ukrayna xalqının mədəniyyətini özünə doğma hesab edur", - Patruşev etiraf edib və əlavə edib ki, o cümlədən Krımda Ukrayna dili dövlət dillərindən biri kimi saxlanılıb.
Eyni zamanda o, vurğulayıb ki, - bu, daha çox təhdidə bənzəyir, - "Ukrayna vətəndaşları Qərbin əlilə Rusiyaya qarşı döyüşdüklərini nə qədər tez anlasalar, bir o qədər insan həyatı qorunub saxlanar".
"Çoxları bunu çoxdan anlayıb, lakin divan tutulacağından qorxaraq bu barədə bəyan etməyə ehtiyat edir", - Patruşev buna əmindir.
O, həmçinin əmin edib ki, Rusiya Ukraynanın "denasifikasiya" olunması vəzifəsini icra edəcək. Hərçənd qərb ölkələri "ən qatı neonasist cinayatkarları" xilas etməyə çalışacaq. Bu zaman Patruşev söhbətin kimdən getdiyini dəqiqləşdirməyib.
"Ukraynadakı hadisələr Moskva və Kiyev arasında toqquşma deyil, bu, NATO- nun, ilk növbədə ABŞ və İngiltərənin Rusiya ilə hərbi qarşıdurmasıdır, - Patruşev paradoksal nəticəyə gəlir. - Birbaşa təmasdan çəkinərək NATO təlimatçıları ukraynalı oğulları labüd ölümə göndərir".
Ukraynanın 4 regionunun zorla zəbt edilməsindən sonra, - yeri gəlmişkən, Rusiya onlara heç vaxt tam nəzarət etməyib, - Patruşev bəyan edib ki, "xüsusi əməliyyat"ın məqsədi "Rusiya regionlarının azad edilməsidir".
"Xüsusi hərbi əməliyyatın köməyi ilə Rusiya öz regionlarını işğaldan azad edir və Qərbin qardaş Ukrayna xalqının məhv edilməsi üzrə qanlı ekspermentinə son qoymalıdır", - Patruşev sözlərinə yekun vurub.
Taleyin istehzası ilə Patruşevin Rusiyanın Ukrayna ilə döyüşmədiyi barədə bəyanatı Rusiya qoşunlarının Ukrayna ərazisinə növbəti güclü raket zərbəsi ilə bir zamanda baş verib. Bu dəfə "qardaş rus xalqının" qurbanları Xarkovun dinc sakinləri olub.
Xəbər verildiyi kimi, yanvarın 9-da səhər Rusiya Xarkov vilayətinin Kupyansk rayonunun Şevçenkovo qəsəbəsində yerləşən bazarı atəşə tutub. Bu barədə Ukrayna prezidenti ofisi rəhbərinin müavini Kiril Timoşenko məlumat verib. Güman edilir ki, rusiyalılar zərbəni C-300 zenit-raket kompleks ilə endirib.
"Artıq 7 nəfərin həlak olduğu məlumdur. Onların arasında körpə uşaq da var. Dağıntılar altında insanlar qala bilər. Xilasetmə əməliyyatı davam edir. Təcili xidmətlər iş başındadır", - Timoşenko yazıb.