Pavlo Klimkin: "Putin G20-yə öldürülmək qorxusundan getmədi"
Rusiya prezidenti Vladimir Putin ölmək qorxusuna görə, G20 sammitinə getməkdən imtina edib.
Qazet.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin deyib.
"Böyük 20-lərin sammiti Putin üçün sadəcə bir alçaqlıq deyildi. Putin özünü çox həyasız apardı. O, hətta onlayn rejimdə də G20 liderləri qarşısında çıxış etmədi. Hesab edirəm ki, onun G20 sammitinə getməməsinin əsas səbəbi səhhətinin yaxşı olmaması idi. Moskvada olmaq arzusu və ya başqa səbəb yox, adi qorxu. Həyatı üçün qorxu. Putin çox qorxurdu ki, sadəcə olaraq Balidə ləğv olunacaq”, - eks nazir bildirib.
Diplomat Sergey Lavrovun sammitdəki davranışından da təəccüblənib .
"Lavrova gəlincə, bu, ümumiyyətlə, qəribə bir şey idi. O, Çinin xarici işlər naziri və BMT-nin baş katibi ilə görüşdü, vəssalam. Bu, heç nə demək deyil. Mən onu da vurğulamaq istəyirəm ki, Putinin G20 sammitinə getməmək qərarı xüsusilə Rusiya elitasında hiss olunur, çünki hamıya aydın olur ki, heç kim Putinlə iş görmək istəmir”, - o əlavə edib.