Bakı 20˚C Sunny

Pay torpağı olub peşə hazırlığına cəlb edilən şəxslərə təqaüd veriləcək

Gündəm 18:23 14 dek, 2021

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan, iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq

Pay torpağı olub peşə hazırlığına cəlb edilən şəxslərə təqaüd veriləcək

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.
Qazet.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.
Həmçinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.