Bakı 31˚C Sunny

Paytaxtda 5 yaşlı uşağı avtomobil vurub

Gündəm 09:49 21 dek, 2022
Paytaxtda 5 yaşlı uşağı avtomobil vurub

Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ələsgərli Cahid Tural oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.