Bakı 23˚C Windy

Paytaxtda ödənişli xidmətlərin dəyəri 5 % artıb

Biznes 13:30 03 fev, 2022

Bakı şəhər Statistika İdarəsindən məlumat verilib

Paytaxtda ödənişli xidmətlərin dəyəri 5 % artıb

2021-ci ildə paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 5,1 % artaraq 4 milyard 797,2 milyon manat olub.

Bu barədə Qazet.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 057,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,6 %-ini təşkil edib.