Bakı 10˚C Cloudy

Paytaxtda qəza zamanı xəsarət alan 5 nəfərdən 1-i ölüb

Hadisə 03:24 06 yan, 2023
Paytaxtda qəza zamanı xəsarət alan 5 nəfərdən 1-i ölüb

Bakının Binəqədi rayonunda baş verən qəzada xəsarət alan beş nəfərdən biri xəstəxanada ölüb. zamanı beş nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, hadisə ötən gecə saat 2 radələrində Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toqquşub.

Xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq, xəsarət alan 1985-ci il təvəllüdlü Abdullayev Lətif Rauf oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü olub.