"Pegasus" Ermənistanda - Paşinyan dinləmə cihazlarına 7 milyon verdi
Hadisə
12:56 22 sen, 2021
Yeri gəlmişkən, bir şəxsin "izlənilməsi" nin dəyəri 10 min dollardan çoxdur
Nikol Paşinyan 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemi alıb.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Erməni mətbuatında bildirilir ki, digər ölkələrdə bu sistem xarici kəşfiyyatda ölkənin təhlükəsizliyinə təhlükə yaradanları dinləmək üçün istifadə olunur.
Sistemin mexanizm isə iddialara görə olduqca sadədir. Verilmiş telefona müntəzəm reklam SMS bağlantısı göndərilir və link açılan kimi sistem telefonda "oturur".
Yeri gəlmişkən, bir şəxsin "izlənilməsi"nin dəyəri 10 min dollardan çoxdur.
Qeyd edək ki, bu sistem Signal, WhatsApp, Telegram, Facebook şəbəkələrini ələ keçirməyə şərait yaradır.
-