Bakı 18˚C Mostly sunny

Pekin-2022: Çin komandası vaxtından əvvəl medal sıralamasında qalib olub

Gündəm 15:11 12 mar, 2022

Komanda paralimpiadada 17 qızıl, 18 gümüş və 22 bürüncə sahib çıxıb

Pekin-2022: Çin komandası vaxtından əvvəl medal sıralamasında qalib olub

Çin yığması Pekin-2022 Qış Paralimpiya Oyunlarında vaxtından əvvəl medal sıralamasının qalibi olub.

Qazet.az-ın məlumatına görə, komanda paralimpiadada 17 qızıl, 18 gümüş və 22 bürüncə sahib çıxıb.

Ukrayna (10 qızıl, 10 gümüş, 8 bürünc) ikinci, Kanada isə (8 qızıl, 5 gümüş, 10 bürünc) üçüncüdür. Hər iki ölkə medal sıralamasında ev sahibinə çatmaq şansını itirib.

Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 13-də başa çatacaq.