Pekin Bayden hökumətini idmanı siyasiləşdirməkdə ittiham etdi
Gündəm
17:23 19 noy, 2021
Co Bayden bu məsələnin nəzərdən keçirildiyini bildirib

Çin XİN-i Amerikanın Pekin Qış Olimpiya Oyunlarına diplomatik embarqo qoyma ehtimalına münasibət bildirib.
Qazet.az xəbər verir ki, Çin xarici işlər nazirliyinin əməkdaşı Jao Liciyan Amerika hökumətinin Pekin Qış Olimpiya Oyunlarına olan mövqeyini tənqid edib.
“İdmanın siyasiləşdirilməsi olimpiya ruhuna zidddir və bütün ölkələrin idmançılarının mənafeyinə zərər vurur”, - deyə o bildirib.
“Reuters”in verdiyi məlumata görə, diplomatik embarqo o deməkdir ki, Amerika rəsmiləri Pekin Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcək.