Bakı 15˚C Sunny

Pekin Qış Olimpiadası tamaşaçısız keçiriləcək

İdman 13:43 28 okt, 2021

2022-ci il Qış Olimpiyadası sərt anti-COVID tədbirləri altında baş tutacaq

Pekin Qış Olimpiadası tamaşaçısız keçiriləcək

Fevralın 4-də start götürəcək Pekin Qış Olimpiya Oyunları üçün 100 günlük geriyə sayım artıq başlayıb.

Bu münasibətlə tədbirin təşkilat komitəsi mətbuat konfransı təşkil edib.

Qazet.az xəbər verir ki, konfrans zamanı Olimpiadanın təşkili qaydalarına aydınlıq gətirilib.

Bildirilib ki, 2022-ci il Qış Olimpiyadası sərt anti-COVID tədbirləri altında baş tutacaq.

Yarış iştirakçıları turnir ərzində qapalı mühitdə yaşayacaq və ətraf aləmdən tam təcrid olunacaqlar. Olimpiada günlərində yalnız ən az 14 gün öncə vaksinasiyasını tamamlamış şəxslər Çin ərazisinə buraxılacaq. Turnir iştirakçıları isə mütəmadi olaraq koronavirus testləri ilə yoxlanılacaq.

Qeyd olunub ki, anti-COVID tədbirlərini pozan idmançı və ya media nümayəndələri yarışlardan kənarlaşdırılacaq, akkreditasiyası ləğv ediləcək.

Bütövlükdə, 2022-ci il Qış Olimpiya Oyunları tamaşaçısız keçiriləcək.