Pekin Ukraynadakı vəziyyətlə bağlı neytral mövqe tutur
Gündəm
23:29 30 noy, 2022
"Çin Rusiyaya silah vermir"
Qazet.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri Çinin Fransadakı səfiri Lu Şae müsahibəsində deyib .
Diplomat Rusiyanın Çin silahlarına ehtiyacı olmadığı fikrini bildirib.
Eyni zamanda o vurğulayıb ki, Pekin Ukraynadakı vəziyyətlə bağlı neytral mövqe tutur və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
“Biz sülh istəyirik. Ukrayna ilə bağlı mövqeyimiz danışıqlar prosesini irəli aparmaqdır”, - qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bildirib ki, o, Çin lideri Si Cinpinə Rusiya Federasiyasına yardım göstərməməsi barədə şəxsən xəbərdarlıq edib.
Xüsusilə, o , ÇXR-i iqtisadiyyatına investisiyaları dayandırmaqla hədələyib.