Pele yenidən xəstəxanaya yerləşdirilib
Hadisə
14:05 09 dek, 2021
Müayinələrdən sonra o, müalicəsini ev şəraitində davam etdirəcək

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele yenidən kimyaterapiya üçün xəstəxanaya yerləşdirilib.
Qazet.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Məşhur futbolçunun vəziyyətinin stabil olduğu vurğulanır.
Qeyd edək ki, Pele bu yaxınlarda yoğun bağırsaq xərçəngindən əməliyyat olunmuşdu.