Bakı 21˚C Mostly sunny

Pelenin ölümünə futbolçuların reaksiyası

İdman 10:48 30 dek, 2022
Pelenin ölümünə futbolçuların reaksiyası

Əfsanəvi braziliyalı futbolçu Pele 82 yaşında uzun müddətdir davam edən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Dünya əfsanəsinin ölümünə məşhurlar, xüsusilə, futbolçular biganə qalmayıblar.

Hər bir insan bu hadisədən kədərləndiyini bildirib.

Braziliyada isə futbolçunun ölümünə görə matəm elan olunub. Rio-de-Janeyro İsa Peyğəmbər abidəsi ölkə bayrağının işıqları ilə bəzədilib.

Bir abidə şəkili ola bilər

Qazet.az-ın idman müxbiri Azad Nuriyev futbolçuların paylaşımlarını sizə təqdim edir:

Dünyanın iki ən məşhur futbol siması argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo xəbərə dərhal reaksiya veriblər.

Lionel Messi paylaşımında bu sözləri yazıb: "Rahat yat, Pele"

Kriştiano Ronaldo isə daha geniş mətn yazaraq hislərini belə ifadə edib:

"Bütün Braziliyaya və xüsusən də cənab Edson Arantes do Nasimentonun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Əbədi kral Peleyə sadəcə bir "Əlvida" demək hazırda bütün futbol dünyasını əhatələyən məyusluğu ifadə etmək üçün əsla kifayət etməyəcək. Milyonlarla şəxsə ilham mənbəyi, dünəndən, bu gündən əbədiyyən bir nümunə... Uzaqdan belə olsa paylaşdığımız hər an sənin hər zaman mənə göstərdiyin sevgi qarşılıqlı idi. O, əsla unudulmayacaq və onun xatirəsi biz futbolsevərlərin hər birində sonsuzadək yaşayacaq. Rahat yat, kral Pele!"

Hazırda vurduğu qollarla diqqət mərkəzində olan norveçli oyunçu Erlinq Haland hislərini bu cümlələrlə ifadə edib:

"Hazırda gördüyünüz bütün oyunçuların etdiklərini Pele birinci edib. Nur içində yat!"

Gənc oyunçu olaraq Halandın rəqibi fransalı ulduz futbolçu Kilian Mbappe bu sözləri yazıb: 

"Futbol kralı bizi tərk etsə də onun xatirəsi heç vaxt unudulmayacaq. Nur içində yat, Kral!"

Braziliya millisinin sabiq üzvü, azarkeşlərin sevimlisi Ronaldinyo paylaşımında qeyd edib: 

"Pelenin ailəsinə başsağlığı verirəm. Əbədi nur içində yat, Kral!"

Pelenin həmyerlisi "yekədiş" ləqəbli Ronaldo di Nazario hadisədən kədərini ifadə edib:

"Unikallıq, mükəmməlik, Texnika, Yaradıcılıq. Bir növ. Pelenin gəldiyi bu yolun sonuna çatdı. O, heç vaxt zirvəni tərk etmədən bu gün bizi tərk edir. Futbolun kralı - Bütün zamanların ən böyüyü

Hüzn içindəyik, Ayrılığın kədəri yazılı tarixin hədsiz qüruru ilə qarışdı.

Səndən sonra gəlmək nə böyük şərəfdir, dostum sənin istedadın hər oyunçunun keçməli olduğu bir məktəbdir. Pele - irsiniz nəsilləri aşacaq. Və beləcə daim yaşayacaq. Təbrik edirik. Təşəkkürlər, Pele. Nur içində yat!"

Hazırda Braziliya millisinin şərəfini qoruyan, Pelenin daşıdığı formanın rəqəminin- 10 nömrənin sahibi Neymar Pelenin ölümünü belə qarşılayıb:

"Peledən öncə 10 sadəcə rəqəm idi.Bunu hardasa oxumuşdum. Amma bu cümlə natamamdır. Peledən öncə futbol sadəcə bir idman növü idi. Pele onu tamamilə dəyişdi. O, futbolu əyləncəyə, incəsənətə çevirdi. Qara dərililərə, kasıblara səsini çatdırdı. Braziliyanı dünyaya nümayiş etdirdi. Futbol və Braziliya sənin sayəndə status qazandı. Pele getsə də, onun sehri qalır. Pele əbədidir".

Polşa millisinin kapitanı Robert Levandovski Peleni yad edib:

"Nur içində yat, çempion! Futbol bir qəhrəmanını itirdi, cənnət isə yeni bir ulduz qazandı".

Braziliyalı sabiq futbolçu Kaka dərhal Pelenin ölümünə reaksiya verib:

"Təşəkkürlər, Kral! Sevdiyim bu idman növünün tarixinin geniş hissəsi sən tərəfdən yazılıb. Braziliyanın adını dünyanın dörd bir yanına yaydığın üçün sənə təşəkür edirəm. Sən qəlblərimizi heyran etdin, təsirləndirdin və qəlbimizə toxundun, burada əbədi olaraq qalacaqsa."

İtaliyalı ulduz oyunçu Andre Pirlo hisslərini belə ifadə edib:

"Tarixdə əbədi olaraq qalırsan, Kral Pele!"

İspaniya millisinin sabiq üzvü David Vilya braziliyalı əfsanəni belə yad edib:

"Əbədi heyranlıq, Nur içində yat, Pele!"

Hazırda karyerasını davam etdirən məşhur qapıçı Canluici Buffon paylaşımında yazıb:

"Hərəkətlərinlə futbolu dünyaya sevdirdin, onu simvol etdin. Çox sağ ol, Kral! Mənimçün sən həmişə əfsanə olacaqsan".

Almaniyanın canlı əfsanəsi Lotar Mateusun paylaşımı qısa olub:

"Nur içində yat, Pele!"

İngiltərə millisinin üzvü Harri Maquayr da paylaşım edib:

"Ən yaxşılardan Pele, nur içində yat! Meydanda və meydandan kənarda ikon. 3 dəfə dünya çempionu olan, inanılmaz!"

Uels millisinin kapitanı Qaret Beyl: 

"Oyun nəhəngi və bizə futbolu sevdirən, nur içində yat, əfsanə!" 

Türkiyəli futbolçu Məsut Özil Pele haqqında xoş sözlər söyləyib:

"Nur içində yat, futbolun əfsanələrindən biri! Sənin mirasın əbədi yaşayacaq. Əminəm ki, "Cənnət" futbol klubu Maradona və Pele ilə birlikdə məğlubedilməz olacaq".