Bakı 5˚C Showers

Pelenin vəziyyəti pisləşdi

İdman 19:05 03 dek, 2022
Pelenin vəziyyəti pisləşdi

Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin bədəni artıq bağırsaq xərçəngi ilə bağlı kimyaterapiyaya cavab vermədiyi üçün ona palliativ yardım müalicəsi tətbiq edilir.

Qazet.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Palliativ yardımın məqsədi həyatı üçün təhlükə yaradan və ya sağalmaz bir xəstəliklə üzləşmiş xəstələrin əzablarının qarşısını almaq və onları yüngülləşdirməkdir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.