Bakı 27˚C Sunny

Pelenin vəziyyəti yenidən pisləşib

İdman 10:19 18 sen, 2021

 Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparır.

Pelenin vəziyyəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele yenidən müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Qazet.az xəbər verir ki, bu barədə "ESPN Brasil" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pele son zamanlar səhhətindəki bir sıra problemlərlə mübarizə aparır.

Avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

report