Peleyə görə 1 dəqiqəlik sükut
İdman
16:45 30 dek, 2022
İngiltərə Premyer Liqasının 2022-ci il dekabrın 30-dan 2023-cü il yanvarın 1-dək keçiriləcək bütün matçları əfsanəvi braziliyalı futbolçu Pelenin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.
Qazet.az xəbər verir ki, bu barrədə qurumun saytı məlumat yayıb. Həftəsonu baş tutacaq qarşılaşmaların hər birinin start fitindən əvvəl Premyer Liqanın stadionlarında Pelenin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Qarşılaşmanın bütün oyunçuları və iştirakçıları meydana qara sarğı ilə daxil olacaqlar.
Qeyd edək ki, Pele ötən gün xərçəng səbəbindən 82 yaşında dünyasını dəyişib. Xəstəlik 2021-ci ilin payızında Peledə aşkarlanıb. Bundan sonra 82 yaşlı braziliyalı kimyaterapiyadan keçib, lakin sonradan orqanizm buna cavab verməyi dayandırıb.