Bakı 7˚C Cloudy

Pelosiya qarşı kompaniya başladıldı

Siyasət 16:09 19 sen, 2022
Pelosiya qarşı kompaniya başladıldı

Amerika Azərbaycanlılar Şəbəkəsi (U.S. Azeris Network – USAN) ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı ölkəmizin ünvanına səsləndirdiyi yolverilməz və əsassız bəyanatlara etiraz məqsədilə məktub kampaniyasına başlayıb.

Bu barədə Qazet.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda bildirilib ki, xırda maraqlar güdən erməni qruplarının xahişi ilə İrəvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ermənipərəst konqresmenlər Ceki Speyer, Anna Eşu və Frenk Pellone də qoşulub: “Aydındır ki, ABŞ-da aralıq seçkilərinə bir ay qalmış Amerikadakı erməni icmasının dəstəyini qazanmaq üçün xanım Pelosi var gücü ilə mübarizə aparır. Kədərlidir ki, o, bunu etinasızlıqla, ABŞ-ın münaqişə ilə bağlı bəyan etdiyi siyasətə tamamilə məhəl qoymadan və mövcud vəziyyətdən heç bir xəbəri olmadan edir”.

USAN soydaşlarımızı məktub kampaniyasına qoşularaq, spiker Pelosinin ölkəmizin ünvanına səsləndirdiyi əsassız ittihamlara qarşı etiraz səsini ucaltmağa, seçkilər ərəfəsində Demokratlar Partiyasının da bu mövqeyi bölüşüb-bölüşmədiyini tələb etməyə çağırıb: “Seçici kimi sizin bunu bilməyə və tələb etməyə haqqınız var”.