Bakı 5˚C Showers

"Pəncşir müqavimət cəbhəsinin lideri Əfqanıstanı tərk etməyib"-İDDİA

Gündəm 23:45 11 sen, 2021

Radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər

"Pəncşir müqavimət cəbhəsinin lideri Əfqanıstanı tərk etməyib"-<span style="color:red">İDDİA</span>

Əfqanıstanın Pəncşir müqavimət cəbhəsinin lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib.

Bu barədə İranın "FarsNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Məsud təhlükəsiz bir yerdədir və onun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil.

Bundan bir gün əvvəl yerli “Afghanistan Times” qəzeti Pəncşirin üç rayonunun “radikallar”dan geri alındığı barədə məlumat yayıb.

Qeyd edək ki, avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər. Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

report