Bakı 5˚C Windy

Pentaqon ABŞ və Litva arasında kəşfiyyat əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü açıqlayıb

Xəbərlər 08:43 18 dek, 2022
Pentaqon ABŞ və Litva arasında kəşfiyyat əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü açıqlayıb

ABŞ və Litvanın müdafiə nazirliklərinin nümayəndələri kəşfiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı press-relizdə qeyd olunub.

Sənədə əsasən, cümə günü keçirilən məsləhətləşmələrdə ABŞ müdafiə nazirinin kəşfiyyat üzrə müavini Ronald Maltri və Litvanın müdafiə naziri Arvidas Anusauskas iştirak ediblər. Onlar “qarşılıqlı maraq doğuran məsələlərdə liderləri məlumatlandırmaq üçün kəşfiyyat bilgilərinin mübadiləsinin vacibliyini müzakirə etdilər”.

Pentaqonun rəhbərinin müavini Litvanı “strateji kəşfiyyat tərəfdaşı” adlandırıb.

Sənəddə deyilib ki, Maltri və Anusauskas “böyük güc rəqabəti və sərhədyanı məsələlər, o cümlədən Arktikada təhlükəsizlik və iqlim dəyişikliyi kimi kəşfiyyat və təhlükəsizlik sahələrində gələcək əməkdaşlıq mövzularını nəzərdən keçirmək barədə razılığa gəliblər”.