Pentaqon Çinin nüvə triadasına malik olduğunu irəli sürüb
"Çin quru, dəniz və havadan buraxılan ballistik raketlərə sərmayə qoyur və inkişaf etdirir, eləcə də lazım olan nüvə infrastrukturu yaradır".
Çin 2030-cu ilə qədər nüvə arsenalının həcmini azı 1 000 döyüş başlığına çatdıra bilər.
Qazet.az xəbər verir ki, bu barədə Pentaqonun açıqladığı yeni hesabatda deyilir.
Hesabata görə, triada üç komponentdən ibarət strateji qüvvədir: strateji aviasiya, qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları.
“Çin yəqin ki, nüvə silahı daşıya bilən havadan buraxılan ballistik raket hazırlamaqla, həmçinin quruda və dənizdə nüvə imkanlarını təkmilləşdirməklə artıq nüvə triadası yaradıb”, - hesabatda deyilir.
Pentaqon hesab edir ki, Çin xəbərdarlığa baxmadan nüvə hazırlığını artırır: "Çin quru, dəniz və havadan buraxılan ballistik raketlərə sərmayə qoyur və inkişaf etdirir, eləcə də lazım olan nüvə infrastrukturu yaradır".