Bakı 6˚C Intermittent clouds

Pentaqon rəhbəri Finlandiya və İsveçi NATO-ya daha tez qəbul etməyə çağırıb

Gündəm 08:00 14 okt, 2022
Pentaqon rəhbəri Finlandiya və İsveçi NATO-ya daha tez qəbul etməyə çağırıb

Pentaqonun rəhbəri Lloyd Ostin NATO ölkələrini Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı sənədləri tez bir zamanda ratifikasiya etməyə çağırıb.

Qazet.az İnterfaks-a istinadən xəbər verir ki, o, bu barədə NATO müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmiş, iyulun 5-də isə alyansın Brüsseldəki mənzil-qərargahında onların bloka daxil olması ilə bağlı protokollar imzalanmışdır.

İndiyədək 30 iştirakçı ölkədən 28-i hər iki ölkənin NATO-ya daxil olmasını ratifikasiya edib - Türkiyə və Macarıstan istisna olmaqla. Türkiyə daha əvvəl İsveç və Finlandiyanın Ankaraya silah tədarükünə qoyulan qadağanı aradan qaldırmaq və terrorizmlə mübarizədə əməkdaşlıq etmək və şübhəli şəxslərin Türkiyəyə ekstradisiyası şərti ilə prosedura mane olmamağa razılaşmışdı. Ankara vəd edir ki, tələbləri yerinə yetirilməyənə qədər protokolları ratifikasiya etməyəcək.