Bakı 9˚C Intermittent clouds

Pentaqon Rusiya və Çini izləmək üçün hava şarlarından istifadə edəcək

Gündəm 14:33 06 iyl, 2022

“Politico” nəşri yazır

Pentaqon Rusiya və Çini izləmək üçün hava şarlarından istifadə edəcək

Rusiya və Çindən gələn hipersəs silahlarını izləmək və onlara qarşı mübarizə aparmaq üçün Pentaqon tərəfindən xüsusi hava şarları hazırlanır.

Qazet.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərinə əsasən məlumat verib.

Qəzet qeyd edir ki, son iki ildə Pentaqon uçuş aparatlarının yaradılması layihələrinə təqribən 3,8 milyon dollar xərcləyib və büdcə sənədlərinin layihələrinə əsasən, 2023-cü maliyyə ilində işləri davam etdirmək üçün 27,1 milyon dollar xərcləməyi planlaşdırır.

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako hesab edir ki, 18-27 km hündürlüyə qalxa bilən və günəş panelləri ilə təchiz edilmiş şarlar uzunmüddətli, çoxfunksiyalı və manevr edə bilən qurğulardır.

Nəşr yazır ki, Pentaqon uzun illərdir ki, məlumat toplamaq, quru qoşunlarını rabitə ilə təmin etmək və peyklərlə bağlı problemləri aradan qaldırmaq üçün hava şarlarını və pilotsuz uçuş aparatlarını sınaqdan keçirir. Hələ 2019-cu ildə Pentaqon narkotik vasitələrin qanunsuz dövriyyəsini izləmək üçün havaya xüsusi hazırlanmış 25 şar buraxmışdı.



Qaynaq