Pentaqon: “Starlink” rabitə sisteminin Ukraynada saxlanması variantlarını qiymətləndiririk”
Pentaqon Ukrayna Silahlı Qüvvələrinin peyk rabitəsindən istifadəni davam etdirə bilməsi variantlarını nəzərdən keçirir.
Qazet.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsünün müavini Sabrina Sinq bildirib.
Onun sözlərinə görə, bu kommunikasiyalar təkcə hərbçilər üçün deyil, həm də bütün Ukraynanın həyatı üçün çox vacibdir.
“Biz mümkün variantları qiymətləndiririk və Ukrayna qüvvələri üçün bu peyk əlaqələrinin saxlanmasına kömək etmək üçün əlimizdən gələni etməyə çalışırıq”, - S.Sinq deyib.
Xatırladaq ki, daha əvvəl “SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask Pentaqona müraciət edərək artıq Ukraynaya verilmiş “Starlink” terminalları vasitəsilə peyk rabitəsinin istismarı xərclərini maliyyələşdirmələrini istəmişdi. Maskın sözlərinə görə, rabitə proqramının saxlanması ayda 20 milyon dollara başa gəlir və artıq onun şirkəti Ukraynanı peyk internet rabitəsi ilə təmin etməyə davam edə bilməyəcək.