Bakı -9˚C Dreary

Pərəstişkarları saatlarla Kadır İnanırı gözlədilər

Gündəm 18:45 13 dek, 2021

"Xəstəxanadakılar sağalmağım üçün əlindən gələni etdi” 

Pərəstişkarları saatlarla Kadır İnanırı gözlədilər

Bir müddət öncə keçirdiyi beyin qanaması səbəbindən xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Kadir İnanır evə buraxılıb.

Qazet.az türk mediasına istinadən xəbər verir ki, məşhur aktyor 22 gündən sonra xəstəxanadan evə yazılıb.  Məşhur aktyorun pərəstişkarları onunla görüşmək üçün xəstəxananın qarşısına yığışıblar. Lakin aktyor maşından düşüb onlarla görüşə bilməyib.

Onlardan üzrxahlıq edən Kadir İnanır “Küçə dar olduğu üçün belə bir hal yaşandı. Çox təşəkkür edirəm. Xəstəxanadakılar sağalmağım üçün əlindən gələni etdi” söyləyib.