Bakı 20˚C Sunny

Peris Hilton yeniyetmə dövründə üzləşdiyi zorakılıqdan danışdı - FOTO/VİDEO

Maraqlı 12:09 22 okt, 2021

Peris Hilton yeniyetmə yaşlarında bir neçə tərbiyə mərkəzlərində üzləşdiyi hadisələrdən danışıb

Peris Hilton yeniyetmə dövründə üzləşdiyi zorakılıqdan danışdı - <span style="color:red">FOTO/VİDEO</span>

Amerikalı model, aktrisa və müğənni Peris Hilton çətin tərbiyə olunan yeniyetmələrin müalicəsi üçün xüsusi mərkəzdə olarkən psixoloji və fiziki zorakılığa məruz qaldığını bildirib.

Qazet.az xəbər verir ki, bu barədə o, “Good Morning America” proqramının efirində danışıb.

Hiltonun sözlərinə görə, davranışından məmnun olmayan valideynləri onu bu yönlü bir neçə mərkəzə yollayıb.

“Yeniyetməlik dövründə göndərildiyim dörd yerin hamısında işçilərin fiziki və psixoloji zorakılığına məruz qalmışam: Məni boğur, şillələyir, kişi işçilər məni duş qəbul edərkən izləyir, yatmağa qoymurdular. Diaqnozsuz dərman qəbuluna məcbur edilirdim. Yutada mərkəzlərin birində təkadamlıq otağa salınmışdım, orada divarlar cırmaq izləri və qan ləkələri ilə dolu idi”, - deyə o, əlavə edib.