Permdə atışma törədən tələbə əməliyyat olundu
Gündəm
01:16 21 sen, 2021
Bekmansurov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərərkən qolundan, qarnından və sinəsindən güllə yarası alıb.
Rusiyanın Perm Universitetində atışma törədən və saxlanılarkən yaralanan I kurs tələbəsi Timur Bekmansurov əməliyyat olunub.
“Qazet.az” xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, hazırda o, reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Bekmansurov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərərkən qolundan, qarnından və sinəsindən güllə yarası alıb.