Peruda 6,7 bal gücündə zəlzələ
Gündəm
20:37 26 may, 2022
İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb.

Perunun cənubunda 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Qazet.az xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanların mərkəzi əhalisinin sayı 245 minə yaxın olan Xulyaka şəhərindən 83 km qərbdədir. Zəlzələnin ocağı 206 km dərinlikdə yerləşir.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb.