Bakı 21˚C Sunny

Etirazçılar polisi diri-diri yandırıb

Gündəm 07:46 11 yan, 2023
Etirazçılar polisi diri-diri yandırıb

Perunun Puno departamentində yerləşən Xuliaka şəhərinin hava limanında etirazçılar bir polis əməkdaşını avtomobilində diri-diri yandırıblar.

Qazet.az xəbər verir ki, bu barədə Baş nazir Alberto Otarola konqresdə çıxışı zamanı bildirib.

“Bir qrup nümayişçi iki polis əməkdaşının olduğu patrul avtomobilini saxlayıb. Biri döyülüb, ikincisi isə diri-diri yandırılıb”, - A.Otarola vurğulayıb.

O söyləyib ki, hökumət növbəti üç gün ərzində Puno departamentində komendant saatı tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, Punoda yerləşən Xuliaka şəhərinin hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar yanvarın 6-da başlayıb. Nümayişçilər Prezident Dina Boluartenin istefasını və dövlət başçısı üçün yeni seçkilərin keçirilməsini tələb edirlər. Həkimlərin məlumatına görə, toqquşmalarda azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.

2022-ci il dekabrın 7-də Prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt ediblər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın ediblər. Ötən ilin dekabrında baş verən qarşıdurmalarda 30-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.